FIFA FIFPro ilə birlikdə 2014-cü ilin ən yaxşı futbolçularından ibarət komandaya düşə biləcək 5 namizədin adını açıqlayıb.
Ən yaxşı qapıçı kimi namizədlər siyahısında Klaudio Bravo (“Barselona”), Canluici Buffon (“Yuventus”), İker Kasilyas (“Real”), Маnuel Noyer (“Bavariya”) və Tibo Kurtua (“Çelsi”) yer alıb.
Noyabrın 26-da müdafiəçilər, 28-də yarımmüdafiəçilər və nəhayət, dekabrın 1-də hücumçular arasından olan namizədlərin də adları açıqlanacaq.
Qeyd edək ki, səsvermədə dünyanın 10 minlərlə peşəkar futbolçusu iştirak edəcək.



