"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərəb mediası ermənilərin məscidlərimizi təhqir etməsindən yazdı

18 May 2021 - 17:44
in MANŞET

Jurnalist Pərvanə İbrahimovanın Misirin nüfuzlu “Nilenews” və Əlcəzairin “Əl Hərir” portallarında “Ermənilər tərəfindən Azərbaycan məscidlərinin murdarlanması mədəni irsə barbar münasibətdir” sərlövhəli geniş məqaləsi dərc olunub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Məqalədə 1988-1993-ci illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktına diqqət çəkilir, Azərbaycan ərazisinin 20 faizinin itirilməsi, qaçqınların və məcburi köçkünlərin sayının 1 milyon nəfəri keçməsi qeyd olunur.

Müəllif BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunur, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi olduğuna diqqət çəkir. Qeyd edir ki, Birinci Qarabağ müharibəsindən İkinci Qarabağ müharibəsinədək olan müddətdə Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıb, sadəcə münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələnib.

44 günlük Vətən müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasına diqqət çəkən müəllif Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbir nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirməsini xüsusi olaraq vurğulayır.

Həmçinin qeyd edilir ki, erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri – məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, həmin ərazilərdə rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb. Bütün bunlar Ermənistanın bəşəri dəyərləri qərəzli münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.

Müəllif qeyd edir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva düşmən tərəfindən vəhşicəsinə dağıdılmış, təhqir edilmiş Ağdam məscidini böyük üzüntü ilə seyr ediblər, dövlətimizin başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının, onun şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına dönməyin mümkün olduğunu vurğulayıb: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.

Erməni vandalizminin dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının narazılığına səbəb olduğunu qeyd edən məqalənin müəllifi təşkilatın Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edilən qətnaməyə, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərinə toxunaraq onların İslam dini abidələrinin bu cür təhqir olunmasının insanlıqla bir araya sığmadığı ilə bağlı fikirlərinə diqqət çəkir.

Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində xalqımızın milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığı qeyd edilir, yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki erməni işğalından zərər çəkmiş ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçiriləcəyi vurğulanır.

Müəllif onu da qeyd edir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Azərbaycan dövləti, ordusu, xalqı birləşərək bir tarix yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına baş verdi. Jurnalist məqaləni belə bitirir: “Çox şükür ki, biz əzəli torpaqlarımıza qayıtdıq. Biz Qarabağı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə yenidən çiçəkləndirəcək, yaşayış üçün yararlı, turistlər üçün görməli məkana çevirəcəyik”.

Məqalə xəbər resurslarının əsas başlığında yer alıb və məscidlərin təhqir olunmasını əks etdirən fotoşəkillərlə təqdim edilib. (azertac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ gizli ordusunu Rusiyaya qarşı yönəldir – Şerin

Next Post

7NEWS.az saytının 7 yaşı tamam oldu – ARAYIŞ

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
7NEWS.az saytının 7 yaşı tamam oldu – ARAYIŞ

7NEWS.az saytının 7 yaşı tamam oldu - ARAYIŞ

Azərbaycan, Türkiyə və Ukrayna münasibətlərində həmyerlilərimizin rolu

Azərbaycan, Türkiyə və Ukrayna münasibətlərində həmyerlilərimizin rolu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.