Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz ərəb dövlətləri öz ölkələrində qadınların rolunu gücləndirmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurasının 42-ci sammitində bəyanat yayılıb.
Bəyanata görə, Körfəz ölkələrində, xüsusən də iqtisadiyyat və biznes kimi sahələrdə qadınların rolu gücləndiriləcək.




