"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ər-arvad özünü Prezident Administrasiyası qarşısında yandırdı

14 Avqust 2014 - 13:26
in FLƏŞ

Ailənin “odlu etirazı”na məhkəmə qərarı ilə yaşadıqları evdən çıxarılmaları səbəb olub; PA-nınimg1573324 nümayəndəsi xəstəxanada etirazçılarla görüşüb

Avqustun 13-də səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar.Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.

Şöbədən “Azadlıq” radiosuna verilən məlumata görə, özünü yandıranlardan birinin vəziyyəti ağırdır: «33 yaşlı Jalə Salahovanın vəziyyəti çox ağırdır. Onun bədəninin 45 faizi yanıb, hazırda reanimasiya şöbəsindədir. 39 yaşlı Elçin Salahovun vəziyyəti nisbətən yüngüldür və o, palataya köçürülüb».
Xəstəxanadan onu da bildiriblər ki, adıçəkilən şəxslər evlərinin qanunsuz və kompensasiya verilmədən sökülməsinə etiraz olaraq özlərini yandırıblar.
Virtualaz.org-un xəstəxanada olan əməkdaşı isə bildirib ki, Prezident Administrasiyasının işçisi özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək üçün xəstəxanaya gəlib. PA rəsmisi özünü yandıran ailə başçısı Elçin Salahovla təklikdə söhbət edib. Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb.
Elçin Salahovun bacısı Yeganə Mahmudova isə hadisənin səbəblərini virtualaz.org-un müxbirinə danışıb. Y.Mahmudova bildirib ki, qardaşının və onun həyat yoldaşının özlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdən çıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir: “Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləri olan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı Zeynalabdın Tağıyev qəsəbəsində olan həmin evə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunları aldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı. Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindən etibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgilə zərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi. Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər. Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələb edir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onların əleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə bir addım atacaqlarını gözləmirdik”.
Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.
Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu deyib.
“Prezident Administrasiyasından gələn nümayəndəyə, prokurorluq və polis əməkdaşlarına problemlərim haqda danışdım. Məni diqqətlə dinlədilər. Məsələni araşdıracaqlarını, şikayətimizə baxılacağını dedilər”.
Bunu virtualaz.org saytına açıqlamasında həyat yoldaşı ilə birgə özünü Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlu deyib.
Bel nahiyəsinin və ayaqlarının daha çox yandığını deyən E.Əlimuradoğlu hazırda ona sistem qoşulduğunu və narahat olduğundan danışa bilmədiyini söylədi.
E.Əlimuradoğlu həyat yoldaşı Jalə Salahovanın vəziyyətinin daha ağır olduğunu və onun hələ də reanimasiyada saxlanıldığını da bildirdi.
Xəbər xidməti


Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlahiyyatçılardan müharibə bəyanatı

Next Post

Şəmkirdə qətl hadisə baş verib, ölənin anası qətli törədən şəxsin evini yandırıb – YENİLƏNİB

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Şəmkirdə qətl hadisə baş verib, ölənin anası qətli törədən şəxsin evini yandırıb - YENİLƏNİB

Vladimir Putin: “Bizim sanksiyalarımız yalnız cavab tədbiri deyil, həm də yerli istehsala dəstəkdir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.