Neft qiymətlərində davam edən ucuzlaşma Səudiyyə Ərəbistanını önləyici tədbirlər almağa vadar edib. Rəsmi Ər-Riyad ümumi dəyəri 266,6 milyard dollar olan xeyli layihənin dayandırıldığını açıqlayıb.
Axar.az SPA agentliyinə istinadən məlumat verir ki, bu barədə qərar İqtisadi İnkişaf Şurasının sədri, şahzadə Məhəmməd bin Salmanın başçılığı ilə keçirlən toplantıda qəbul edilib.
Dayandırılan layihələrlə bağlı məlumat verilməyib.
Xatırladaq ki, Səudiyyə rəhbərliyi bu ilin sentyabrında nazirlər, dövlət məmurları və Şura məclisi üzvlərinin maaşlarının azaldılması barədə qərar vermişdi.
Ötən il 98 milyard dollar olan büdcə kəsrinin bu il 87 milyard dollara endiriləcəyi açıqlanıb.