"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana “dini təsir” savaşı

23 Sentyabr 2014 - 13:55
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Yaxın Şərqdə baş verən dini savaşda ABŞ-la yanaşı, Səudiyyə Ərəbistanı və Qətərin də marağı var. Lakin bu ekstremist qrupların hansısa ölkələr tərəfindən yaradıldığı iddialarını qəbul etmirəm, sadəcə olaraq, müəyyən qüvvələr onlara kömək edir”.
1Publika.az xəbər verir ki, bu barədə Rusiya İslam Komitəsinin rəhbəri, azərbaycanlı politoloq Heydər Camal deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bir qruplaşmaya dəstək verirsə, Qətər heç vaxt o qruplaşmaya yaxınlaşmır, yaxud əksinə: “Yəni, misal üçün, Qətər bir qruplaşmaya kömək edirsə, Səudiyyə Ərəbistanı ona nifrət edir. İndiki halda belə bölünür: Ən-Nusra Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir, İŞİD-i isə Qətər dəstəkləyir. ABŞ İŞİD-ə qarşı ümumi cəbhə yaratmağı təklif edir, İran bundan imtina edir. Tehran hesab edir ki, cəbhə yaratmaq bəhanədir, məqsəd Suriyaya müdaxilə və regiona qayıtmaqdır. Bunun arxasında dərin geosiyasi oyun dayanır”.
H. Camal qeyd edib ki, İslam dünyasında parçalanma təkcə sünni və şiələr arasında baş vermədi: “Hər bir tərəf öz daxilində də parçalanır. Sünni radikalizmin iki modeli yarandı. Sələfilik və cihada qarşı çıxanlar. Onlar siyasətdən və silahlı mübarizədən kənarda dayanırdılar. Lakin bu gün cihad tərəfdarları belə öz daxillərində parçalanıblar, hansı ki, bir çoxları zülmün tərəfdarıdır. Buna görə də ümumi baxışda Ankara və Tehran razılaşır. Ola bilsin ki, Qətər da bura daxildir, amma bəzi məsələlər fərqli baxış yaradır”.
Azərbaycanlı politoloq radikal islamın Rusiya, eləcə də MDB üçün təhlükələrini açıqlayıb. Onun fikrincə, geosiyasi oyunlarda alətə çevrilən radikal qruplar Qərb və Rusiya arasındakı mübarizədə də istifadə edilə bilər: “Biz bilirik ki, bu gün bu qrupların tərkibində MDB-dən, Qafqazdan olan kifayət qədər cihadçı var. Onlar potensial təhlükədir”.
H. Camal Azərbaycan haqqında da danışıb. Bildirib ki, bu gün Qətərlə Səudiyyə Ərəbistanının “kurasiya” altına aldığı ərazilər var.
“Qətər Yaxın Şərqdə son vaxtlar aktivləşib. Səudiyyənin bir müddət öncə əsas hədəfi post-sovet ölkələr, müsəlman əhalinin çoxluq təşkil etdiyi ərazilər idi. Bura Azərbaycan və digər türkdilli ölkələr də daxildir. Məhz buna görə Ər-Riyad Ankara ilə bəzi məqamlarda toqquşurdu. Amma Səudiyyənin Yaxın və Orta Şərqdə nüfuzu da getdikcə artır”, – deyə o bildirib.
Qeyd edək ki, iki ay öncə ABŞ-ın “Stratfor” beyin mərkəzi də Səudiyyə Ərəbistanının Azərbaycana dini müdaxiləsindən bəhs etmişdi.
Mərkəz yazırdı: “Səudiyyə Ərəbistanı İran və şiə maraqlarını vurmaq üçün bu gün Yaxın Şərqdə “İslam dövləti” cihadını dəstəkləyir. Hazırda şiələrin əsas üstünlük təşkil etdiyi ölkələr Cənubi Qafqazda Azərbaycan, Yaxın Şərqdə İran, Suriya, İraq, eləcə də onların kompakt yaşadığı şiəliyin ələvi qoluna məxsus olan Kərkük, Mosul və digərləri var. Səudiyyə əsas bu ölkələr üzrə hərəkətə keçir. Ər-Riyad bu ölkələrdə şiəliyə qarşı olanları, xüsusilə sünni məzhəbi və bu məzhəbdən törəmələri geniş şəkildə dəstəkləyir, maliyyə yardımları ayırır. Misal üçün, bunun nümunəsi kimi Azərbaycanı göstərmək mümkündür.
Hansı ki, Cənubi Qafqaz üç ölkəsindən ən çox müsəlman olan bu ölkədə son vaxtlar ənənəvi şiəlikdən sünniliyə və buna yaxın məzhəblərə axın çoxalıb. Ər-Riyad üçün İranın qonşuluğunda güclü şiə cəmiyyətini heç arzulamır. Söhbət hansısa islam dövlətinin yaradılmasında getmir, sadəcə İranı əsas dayaqlarından olan şiəliyin zəiflədilməsindən gedir. Bunun üçün də Səudiyyə geniş propaqanda üçün kifayət qədər səy göstərir”.
Şərqşünas politoloq Zərdüşt Əlizadə də Publika.az-a açıqlamasında Azərbaycanda yayılan vəhhabiliyi kənar mərkəzlərə bağlayır. Onun fikrincə, Səudiyyə Ərəbistanı İŞİD-dən öz maraqları üçün istifadə edir.
“Ümumilikdə baş verənlərə səbəb olan vəhhabilik Amerikanın Səudiyyə ilə birgə planıdır. Əgər nə vaxtsa Amerika istəsə, İŞİD təhlükəsi Azərbaycan üçün reallığa çevriləcək. Amma bu baş vermir. Çünki burda başqa maraqlar var. Lakin bu, getdikcə mənfi tendensiya yaradacaq və başqa terror qrupları eyni davranışlar sərgiləyəcək”, – deyə şərqşünas politoloq bildirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AFFA klubları cəzalandırdı

Next Post

Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

Azərbaycan futbolunda BİABIRÇILIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.