Türkiyə indiyədək Ukraynadan 13 min vətəndaşını təxliyə edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O əlavə edib ki, bundan başqa, Türkiyə “Krım tatarı, Axıska türkləri, Azərbaycan türkləri, özbək, türkmən qardaşlarının və digər ölkələrin vətəndaşlarının da təxliyəsinə kömək edib’.






