“Rəcəb Tayıb Ərdoğan yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Bu dünya birliyinə bir işarədir ki, bizim tərəfdaşlığımız strateji mahiyyətə malikdir. Bu artıq çox dərin köklərə malikdir və çox böyük tələbatı var”.
Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a açıqlamasında politoloq Tofik Abbasov deyib.
Siyasətçi qeyd edir ki, ələbatı nəzərə alaraq iki ölkə prezdentləri vaxtaşırı görüşürlər:
“Bu amil çox işlək bir faktora çevrilib. İlk olaraq inteqrasiya prosesində böyük layihələr həyata keçiririk. Biz görürük ki, görüş əsnasında hər iki prezident mətbuata açıqlamalarda bildirdilər ki, bizim gördüyümüz işlər həqiqətən də böyük mahiyyətə malikdir, lakin bundan sonra daha böyük işlərə imza atacayıq. Orada təhsil sahəsində birgə universitetin yaradılması, enerji sahəsində yeni işlərin görülməsindən danışıldı. Azərbaycan dövlətinin Prezidenti bildirib ki, bu layihələr son dərəcə önəmli layihələrdir. İndi görürük ki, Ukrayna müharibəsi ərəfəsində Avropada enerji məsələsi aktuallaşıb. Və Azərbaycan cənub qaz dəhlizi vasitəsilə Avropanın tələbatlarını ödəyir və bu prosesdən Avropa xalqları da çox böyük məmnunluq hissi yaşayırlar”.





