"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərdoğan Bakıya gəlsəydi… – Ankara terrorunda müəmma

18 Fevral 2016 - 21:23
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ötən gün Türkiyənin paytaxtı Ankarada törədilən və 28 nəfərin ölümü, 60-dan çox insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasınıın təxirə salınmasına səbəb olub.

Terror hadisəsinin iclasın keçirilməsinə cəmi bir gün qalmış baş verməsi bir çox suallar yaradır. Bəzi siyasi ekspertlər hesab edirlər ki, terror aktı Ərdoğanın Azərbaycan səfərini əngəlləmək üçün törədilib. Terror hadisəsində Rusiyanın izinin olduğu da ehtimal edilir.

Politoloq Qabil Hüseynli hesab edir ki, terror aktı böyük ehtimalla Ərdoğanın Azərbaycana səfərinin qarşısını almaq məqsədi ilə törədilib: “Hesab edirəm ki, bu terror aktı Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşünə mane olmaq üçün törədilib. Çünki prezidentlərin görüşündə bir çox ciddi məsələlərin müzakirə ediləcəyi gözlənilirdi”.

Politoloq Zərdüşt Əlizadə Ankara olayının Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının təxirə salınması məqsədi ilə törədilməsi fikrini bölüşmür: “Terror aktını törədənlər Türkiyəyə qarşı uzunmüddətli, planlı təzyiq strategiyası yürüdürlər. Bu hadisə Türkiyəyə qarşı təxribat və düşmənçilik hərəkətidir. Hadisəni başqa siyasi məsələrlə bağlamaq düzgün deyil”.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, terror aktını Ərdoğanın Bakı səfəri ilə əlaqələndirmək doğru deyil: “Türkiyədə bundan öncə dəfələrlə terror hadisəsi baş verib. Bu, ilk deyil. Dünən baş verən terror aktını digərlərindən fərqləndirən cəhət Ankaranın mərkəzində törədilməsi və yüksək rütbəli zabitlərin həlak olmasıdır. Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüssel, prezident Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan səfərini təxirə saldı. Ona görə hadisədə bilavasitə Azərbaycanla bağlılıq axtarmağın tərəfdarı deyiləm”.

Millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, Ankara terroru Ərdoğanın Azərbaycan səfərinin qarşısı almaq üçün baş verməyib: “Son zamanlar Türkiyədə tez-tez terror hadisələri baş verir. Onların heç də hər birində Türkiyə prezidentinin Azərbaycana səfəri məsələsi olmayıb. Bu baxımdan hesab edirəm ki, terror aktının məhz Ərdoğanın Azərbaycan səfərini əngəlləmək üçün törədildiyi fikrini müdafiə etmək düzgün deyil”.

Politoloq hesab edir ki, üçüncü qüvvənin Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən istifadə edərək belə bir addımı atması ehtimalı daha yüksəkdir: “Rusiya terror aktından dərhal sonra hadisəni pislədi. Belə olan vəziyyətdə ən azı terror hadisəsi Rusiya-Türkiyə arasında gərginliyin azalması baxımından kiçik də olsa, müsbət rol oynaya bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, terror aktının törədilməsində məqsəd Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır: “Terrorçular əvvəllər Ankaraya bu qədərə yaxınlaşa bilməzdilər. Çünki Ankarada təhlükəsizlik tədbirləri daha yüksək səviyyədədir. Ancaq onlar bu maneəni də aşdılar. Demək, terroru planlayanlar və onların arxasındakılar qarşılarına böyük hədəflər qoyublar. Baş nazir Əhməd Davudoğlu Brüsselə, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan isə Azərbaycana səfərlərini təxirə saldılar. PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir. Terrorun Kandildə deyil? Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq. Bəlkə də elə bu partlayışı törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır. Bunu arzulayan iki qüvvə var: PKK, onun Suriyadakı törəmələri və İŞİD. ABŞ Suriyadakı silahlı kürdlərə dəstəyindən əl çəkməsə Ankara-Vaşinqton münasibətlərində də sualların sayı artacaq”.

Qeyd edək ki, dünən axşam Ankarada hərbi yataqxananın yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan insan yaralanıb. Hadisənin PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar tərəfindən törədildiyi məlum olub. Terror aktı ilə əlaqədar 14 nəfər həbs edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan bankları rus rublundan niyə imtina edir?

Next Post

Bakıda itkin düşən məktəblilər tapıldı – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda itkin düşən məktəblilər tapıldı - FOTO

“Cənab Davudoğlu, siz zarafat edirsiniz?” — Rusiya XİN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.