
Rəcəb Tayyib Ərdoğan HDP həmsədri Səlahəddin Demirtaşı haqqında sərt fikirlər söyləyib.
Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan Demirtaşı heç vaxt əlinə türk bayrağı götürmədiyinə görə tənqid edib.
Ərdoğan deyib ki, HDP öz qurultayında nəinki türk bayrağını asıb, əksinə onu yendirib.
Xatırladaq ki, Ərdoğanın söylədikləri HDP həmsədri Səlahəddin Demirtaşın “Bayrağa hörmətsizlik edənmi var” fikrinə cavabdır.



