Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə səfərdə olduğu Budapeştdə keçirilən Dünya Atletika Çempionatını izləyib.
Elchi.az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Budapeşt 2023 Dünya Atletika Çempionatının kişilər arasında 100 metr məsafəyə final yarışını izləyən prezident Ərdoğan stadionda Azərbaycan Prezidenti İlham Əliyev və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə söhbət edib.
Nuranə Məmmədova





