
Ölkə prezidenti klubun futbolçuları və prezidenti Əziz Yıldırımla görüş zamanı Musa Sou-ya “Niyə mənim klubuma çoxlu qol atırsan? Bilirsənmi mən Rizə şəhərindənəm?” sualını verərək zarafat edib.
“Mən hər oyunda qol vurmağa çalışıram, bu həftə “Beşiktaş”la matçda da bunun üçün oynayacam”- deyə prezidentin zarafatına zarafatla cavab verən Sou da gülüşlə qarşılanıb.
Qeyd edək ki, Musa Sou “Çaykur Rizespor”un qapısına 5 qol vurmuşdu.(qaynar)



