Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.
Bunu Türkiyənin dövlət başçısı Ankarada keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib. Ərdoğan aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcəyini bəyan edib.
Türkiyənin dövlət başçısı həmçinin bu ilin may ayında İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etdiyini qeyd edib.
Bundan başqa R.T.Ərdoğan Azərbaycan Prezidentinin İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə də dəvət olunduğunu vurğulayıb.




