13 şəhərdə əməliyyat keçirilib, 32 nəfərin həbsinə order verilib
“Agence France-Presse”in İstanbuldan verdiyi xəbərdə deyilir ki, bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanınABŞ-a sığınmış rəqibi Fətullah Gülənin təsir dairəsində olan media quruluşlarında həbslər keçirilib. İmam kimi tanınan Fətullah Gülənə yaxınlığı ilə tanınan gündəlik “Zaman” qəzetində də polis həbslər aparıb.
Bu polis əməliyyatına prezident ƏrdoğanınGülən tərəfdarlarına qarşı ciddi basqıların olacağı ilə bağlı 2 gün əvvəl verdiyi xəbərdarlıq siqnalından sonra start verilib. Onda cənab Ərdoğan Güləni 1 il öncə onun yaxın ətrafını korrupsiya ittihamı ilə suçlamasını kəskin ifadələrlə pisləmişdi.
Anti-terror əməliyyatları keçirən xüsusi polis bölümü bu gün səhər erkəndənetibarən Türkiyənin 13 şəhərində, o cümlədən İstanbulda həbslərə başlayıb. Dövlətə bağlı “Anadolu” agentliyi bildirir ki, artıq 14 nəfər saxlanılıb. Həbs olunanlar arasında cənab Gülənə yaxın olan televiziya kanalının (“Samanyolu”)rəhbərliyi də var.
Ancaq 32 nəfərin həbsinə order verildiyi bildirilir. Həbsinə göstəriş verilmiş jurnalistlər arasında Türkiyədə ən yüksək tirajla satılan “Zaman” qəzetinin baş redaktoru Ekrem Dumanlı da var.
Hazırda “Zaman” qəzetinin İstanbuldakı ofisinin yaxınlığında böyük bir izdiham toplanıb. Kütlə polislərə təzyiq edir ki, onlar ofisi həbs olunmuş jurnalistlərlə tərk edə bilməsin.
“Azad mətbuatı susdura bilməzsiniz”, kütlə bu kimi şüarlar səsləndirir. Erkem Dumanlı kütləyə müraciətində polis haqqında ittihamlar səsləndirib və polis onu həbs edib.
“Twitter” istifadəçisi Fuat Avni ötən həftə öz tərəfdarlarına bildirmişdi ki, polisharadasa 400 nəfəri həbs edəcək. Onlardan 150 nəfəri jurnalistdir. Şənbə günü o, həbs olunacaq jurnalistlərin siyahısını təqdim etmişdi. Hazırda həbs olunanların bir çoxunun adı həmin siyahıda var.
Hökumət “Twitter” istifadəçisi Fuat Avnininhesabını qapatmağa cəhd göstərsə də, o, başqa ünvandan statuslarını paylaşmaqdadavam edirdi.
Agentlik qeyd edir ki, axırıncı dəfə iyul ayında hökumət “paralel dövlət” ittihamı ilə Gülən tərəfdarlarına qarşı belə total həbslər həyata keçirmişdi.
Ötən il dekabrın 17-də korrupsiya ittihamı ilə həbs olunanlar arasında Ərdoğanayaxın 3 nazirin övladı da vardı.
Bu həftənin cümə günü isə prezident Ərdoğanın çıxışından sonra bəlli oldu ki, Gülən camaatına qarşı yenidən total təqiblər başlayır.
Agentlik yazır ki, cənab Gülən hazırda 73 yaşındadır. O, dini lider kimi bir çox media quruluşlarına nəzarət edir. Çox sayda məktəblər və mədəniyyət mərkəzləri də ona məxsusdur. Bu şəxs Ərdoğanın ən yaxın müttəfiqlərindən biri olub. Ancaq Ərdoğanın rəhbərlik etdiyi hökumət Gülənə məxsus məktəbləri qapatmağa qərara verəndə, vəziyyət kökündən dəyişdi.
Fətullah Gülən və onun camaatı Ərdoğanhökumətinə qarşı irəli sürülmüş korrupsiya ittihamında heç bir rol almadığını davamlı şəkildə bəyan edir. Ancaq Ərdoğan bu kimi bəyanatlara inanmır.
“Reuters”in xəbərində isə deyilir ki, həbs olunanların sayı artıq 23 nəfərdir.
Türkiyənin Səhiyyə naziri MehmetMuezzinoğlu da həbslərə münasibət bildirib. O, deyib ki, kim yanlış işlər görübsə, onun qarşılığın ödəməlidir.
Türkiyə Ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıçdaroğluisə baş verənləri dövlət çevrilişi kimi xarakterizə edib: “Bu bir dövlət çevrilişidir və demokratiyaya qarşı yönəlib”.