"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərdoğan İrana səfərə gedir

31 Mart 2015 - 10:33
in SİYASƏT, SİYASƏT MANŞET

Erdogan_200412Kəskin bəyanatlara rəğmən, Ankara və Tehran Yaxın Şərq böhranının həlli ilə bağlı danışıqlarda maraqlıdır…

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yəmən olaylarına görə İranı ittiham etməsi qarşı tərəfdə sərt etiraza səbəb olub. İran xarici işlər naziri Cavad Zərif Ərdoğanın çıxışını tənqid edib. Türkiyə ilə əlaqələrə böyük önəm verdiklərini deyən Zərif qeyd edib ki, “strateji xətalar və ambisiyalı siyasətlə bölgədə bərpası mümkün olmayan dağıntılara səbəb olanların məsuliyyətli siyasət apararaq potensiallarını sülh və sabitliyin təmin olunmasında istifadə etsələr daha yaxşı olar”.

 
Ancaq vəziyyət bununla da sakitləşməyib. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur hökumətə müraciət edərək Türkiyə prezidentinin İrana gözlənilən səfərinin ləğv olunmasını istəyib. Ötən həftə Türkiyənin Səudiyyə Ərəbistanının Yəmənə hücumunu dəstəkləməsini və İranı tənqid etməsini pisləyən Ayətullah Həsən Amili də İran XİN-ə müraciət edərək Ərdoğanın aprel ayına planlaşdırılan səfərini “gözdən keçirilməsini” istəyib.
Qeyd edək ki, Ərdoğanın İrana səfəri bu il yanvarın sonuna təyin olunsa da, müəyyən səbəblərdən baş tutmayıb. Tərəflər səfərin aprelin 7-də keçirilməsi ilə bağlı razılaşma əldə ediblər. İran xarici işlər nazirinin müavini Hüseyn Qaşqavi isə yerli mətbuata Ərdoğanın Tehran səfəri proqramında heç bir dəyişikliyin nəzərdə tutulmadığını bildirib. Qaşqavi onu da deyib ki, Ərdoğanın sözlərinə xarici işlər naziri uyğun dildə cavab verib. Eyni zamanda o, “bölgə ölkələrinin bir-birini ittiham etmək əvəzinə, regionun reallıqları və şərtlərini nəzərə alaraq problemləri ortaq şəkildə həll etmələrinin lazım gəldiyini” söyləyib.

Türkiyə prezidenti özü də ötən gün mətbuata açıqlamasında İrana səfər proqramında hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirib. İrandan onun səfərinin əngəllənməsi çağırışları haqda danışan Türkiyə prezidenti “onlar mənim tərəf-müqabilim deyil” deyib. Sitat: “Biz Yəmən mövzusuyla əlaqədar verdiyimiz açıqlamada Yəmənin ərazi bütövlüyünün qorunması, istər içəridən, istərsə də xaricdən edilən müdaxilənin yanlış olduğu, təcavüzkarların Yəməndən çəkilməsinin lazım olduğunu demişik”.
Qeyd edək ki, İranla Türkiyə arasında münasibətlər Suriya münaqişəsindən sonra kəskin şəkildə pisləşib. Türkiyə Suriyadakı müxalif qruplaşmaları dəstəkləyir, İran isə Bəşər Əsəd hökumətini müdafiə edir. Ötən ilin sonlarında İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər edib. Bundan sonra Ərdoğanın İrana səfəri planlaşdırılsa da, müəyyən səbəblərdən bu səfər təxirə salınıb. Suriya, daha sonra İraqda yaranmış vəziyyət iki ölkə münasibətlərini soyuqlaşdıran əsas səbəblərdən idi.
Martın 26-da Ərdoğanın keçirdiyi brifinqdə İranı kəskin tənqid etməsi və Yəməndən çəkilməsini tələb etməsi iki ölkə münasibətlərində gərginliyin son həddi kimi qəbul olunur. Lakin bir sıra müşahidəçilərə görə, əslində durum göründüyü kimi deyil. Türkiyə regional siyasi vəziyyətlə bağlı Tehranla anlaşmaqda maraqlıdır. İslam Respublikası da Yaxın Şərqdə davam edən aktiv siyasi proseslərdə Türkiyənin ərəb blokundan qopmasında maraqlıdır.
Bu səbəbdən üzdə görünən sərt bəyanatlar iki ölkənin planlaşdırılan siyasi müzakirələrinə təsir etməyəcək. Üstəlik, İranın nüvə məsələsində və Suriyada böhranın həll olunması mövzusunda hər iki ölkənin ortaq maraqlarına cavab verə biləcək variant üzərində hazırda ciddi danışıqlar gedir. Doğrudur, danışıqlar hazırda Rusiya paytaxtında gedir, lakin aydın məsələdir ki, Suriya böhranının siyasi həlli Ankara və Tehranın razılaşdığı variant üzərində olacaq. Bu mənada diqqətdən kənarda qalsa da, Moskva danışıqları hazırda regional siyasətin əsas müəyyənedici mərhələsinə çevrilib.
O ki qaldı Yəmən mövzusunda sərt çağırışlara, bir sıra müşahidəçilərə görə, Ərdoğanın kəskin bəyanatları Suriya mövzusunda İrana təzyiq məqsədi daşıyır. Çünki son dövrlərdə Türkiyə Yaxın Şərqdəki siyasi proseslərdə küncə sıxışdırılıb və toqquşan tərəflər Qərbin dəstəklədiyi ərəb rejimləri və İrandır. Türkiyə üçünsə proseslərdə əsas keçid nöqtəsi Suriya böhranının həllini tapmasıdır. Bu məsələ indi daha çox Rusiya və İranın güzəştlərindən asılıdır.
Kənan RÖVŞƏNOĞLU

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Monitorinq keçiriləcək

Next Post

Putin ABŞ-a dəvət olundu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Putin ABŞ-a dəvət olundu

Beyl Ronaldo və Messini geridə qoydu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.