
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Slovenyaya getməzdən əvvəl Atatürk hava limanında mətbuat konfransı təşkil edib və İrandan gələn reaksiyalara cavab verib.
Musavat.com-un məlumatına görə, Ərdoğan İranın “ölkəmizə gəlmə” mesajına münasibət bildirərək deyib: “Onlar mənim həmsöhbətim deyil, proqramımda bir dəyişiklik yoxdur. Biz Yəmən mövzusuyla əlaqədar verdiyimiz açıqlamada Yəmənin ərazi bütövlüyünün qorunması, istər içəridən, istərsə də xaricdən edilən müdaxilənin yanlış olduğu, təcavüzkarların Yəməndən çəkilməsinin lazım olduğunu demişik”.
Qeyd edək ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Hakikatpur prezident Ərdoğanın önümüzdəki günlərdə İrana planlaşdırdığı səfərin ləğv edilməsini istəmişdi.



