Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını kralının dəfn mərasimində iştirak edəcək. 

Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, kral Abdullahın cənazəsi günorta namazından sonra Ər-riyadda dəfn ediləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz 91 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib. Kral öldükdən sonra vəliəhd Şahzadə Salman ibn Əbdüləziz kral elan olunub.



