Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəlakətlərin İdarə Edilməsi Mərkəzində (AFAD) keçirdiyi brifinq zamanı müxalifəti zəlzələ mövzusunun siyasi məqsədlər üçün istifadəsinə görə çirkli adlandırıb. Bu barədə Elchi.az saytı xəbər verir.
O, dezinformasiyanın yayılmasını səhvlər və məğlub olanların yalanları adlandıraraq, hakimiyyət orqanlarının fəlakətin nəticələrini aradan qaldırmaq üçün hələ də işləri davam etdirdiyinə işarə edib.
“Təəssüflər olsun ki, bizim həmrəy olmağımız lazım olan bir vaxtda müxalifətin əsas hissəsi sosial şəbəkələrdə bu böhtanla çirklənib”, – Ərdoğan vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, sosial şəbəkələrdə zəlzələlər nəticəsində bəndlərin dağıldığı və daşqın təhlükəsi olduğu barədə mesajlar yayan müxalifətdir. O, qeyd edib ki, bir anlıq hüznlə insanları təxribata çəkənləri, səmimi əməlləri pozmağa çalışanları ölkə unutmayacaq.
Daha əvvəl ölkədə baş verən zəlzələlərdən sonra xilasetmə əməliyyatlarının başa çatması üçün son tarixləri adlandıran Ərdoğan, xilasedicilər dağıntılar altından sağ qalan sonuncunu çıxarana qədər davam edəcəklərini vəd etmişdi.
Havar Şəfiyeva




