Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu təhqir edən CHP lideri Kamal Klıcdaroğluna sərt şəkildə cavab verib.
Avropa.info xəbər verir ki, bir toplantıda çıxış edən Ərdoğan Klıcdaroğlunu “şərəfsiz, əxlaqsız” adlandırıb.
“Biz kəfənimizi geyindik, yola çıxdıq. Qüdrət, qüvvət sahibi olan Allahdır. Biz vəzifəmizi yerinə yetirəcəyik.
Bunların ağababaları da belə idi. Osmanlı dövründə Osmanlı düşməni, Milli Mübarizə dövründə yenə də düşmən. Dövr dəyişir, amma mentalitetləri eynidir. Siz tənqid edəndə fikir azadlığı olur, mən tənqid edəndə fikir azadlığına təcavüz eləmi? Bunlar sadəcə vicdansız deyil, əxlaqdan da məhrumdurlar.
Bunlar deyirlər ki, terror təşkilatı mülki vətəndaşları hədəf almamalıdır, amma əsgərə, polisə istədiyi kimi hücum edə bilər. Bunları deyənlər də insanlıqdan nəsibini almamış, pisin daha pisidir. Əsgər, polis insan deyilmi? Bunlar kimə xidmət verirlər, kimin can təhlükəsizliyi, təhsil, sağlamlığı üçün vəzifədədirlər ? Özünə görə akademik və ya siyasi fətva verən bu mentalitetdən diksinirəm.
Bu Klıcdaroğlu bizi təhqir edir. Bir deyil, iki deyil, üç deyil, beş deyil, on deyil. Səbir, səbir, səbir. Müxalifət partiyasının sədri olan bu adam yenə çirkin üzünü göstərib.
Bu zat bir müddətdir ki, şəxsən mənimlə bağlı, ailəmlə bağlı əxlaqına da şəxsiyyətinə də qətiyyən yaraşmayan bir şəkildə bir namus və şərəf ədəbiyyatı tutaraq gedir.
Əslində ona bunun cavabını heç bir şəkildə qarşılıq vermə bilməyəcəyi və verə bilmədiyi şəkildə dəfələr ifadə etdim. Mmma bəzi insanlar vardır, üzünə tüpürürsən, yağış yağır deyir. Bu da məhz belə tiplərdəndir.
Əslində bu zatın əsl qarın ağrısını da ortaya qoya bilərəm. Amma inanın mənə, mən bu məsələləri danışmaq istəmirəm. Türkiyənin bu qədər məsələsi varkən, həllini gözləyən bu qədər problemi, birlik və bərabərlik içində üzərinə gedilməsi lazım olan sıxıntısı varkən, bu namus və şərəf kasıbları üçün vaxt xərcləmək mənə görə deyil.
Terrorçuları müdafiə edənlərdən biri də bu deyilmi? Onların arxasında dayanan bu deyilmi? Hansı namusdan, hansı şərəfdən danışırsan sən.
Bir kasetlə partiya sədri oldu. Məmur olub, rəhbəri olduğu qurumu batırıb.
Dediyiniz hər bir sözə cavabın israf, etdiyiniz hər bir həmləyə cavabın enerji itkisi olduğunu düşünürəm. Öz keçmişindən utanan, terror təşkilatını belə ürəkdən gələn səmimi buğuz ilə pisləməyən, partiyası daxilində yarışsız bir siyasətlə yenidən sədr olan bu zavallıya nə deyim mən? Millətin onsuz da yox saydığı bu zatı mən niyə adam yerinə qoyum ki?
https://youtu.be/cR-OPr-RnhE