Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyanla qısa görüşü olduğunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Ərdoğan vurğulayıb ki, Paşinyanın onun andiçmə mərasiminə gəlməsinə razılıq verməsi mühüm addımdır.
“Paşinyan bizim dəvətimizi qəbul etdi, bir çox maneələri aşaraq, öz ölkəsində müxalifətə qalib gəldi”, – deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması barədə bəyanatını da mühüm adlandırıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan və Bakı bu ilin sonuna kimi sülh müqaviləsi bağlaya bilər.
Yeganə




