"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərdoğan-Putin görüşündə Qarabağ müzakirəsi – Şərh

25 İyul 2016 - 09:21
in XƏBƏR LENTİ

Türkiyə və Rusiya prezidentlərinin çox yaxında bir araya gəlməsi, əslində, geniş və gündəmi dəyişəcək müzakirələrdən xəbər verir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə  açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Ərdoğan və Putinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Dağlıq Qarabağ məsələsinin də müzakirələrdə yer alacağını bildirib:

 

“Tərəflər ən yüksək səviyyədə və qısa zamanda bir araya gələcəklər. Türkiyə Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirsə də, Azərbaycanın istədiyi əsas nəticənin əldə olunması üçün müəyyən zaman lazım olacaq. Ərdoğan və Putin münasibətlərin yeni dönəmini daha çox diqqətdə saxlayacaqlar. Düzdür, Dağlıq Qarabağ məsələsi və digər problemlər diplomatik müzakirələrdə əksini tapacaq, ancaq torpaqlarımızın azad olunması planı, eyni zamanda, Türkiyənin əsas oyunçu kimi prosesə qoşulması ilə bağlı ümumi qərarlar məhz bu görüşdə alınmayacaq. Bunun üçün zəmin formalaşsa da, əsas addım və detalların növbəti görüşlərdə müzakirəsi daha məqsədəuyğundur”.

 

Politoloq belə bir həssas məqamda Türkiyənin Qarabağla bağlı daha ehtiyatlı davranacağını deyib:

 

“Yəni Türkiyə, lazım gələrsə, Qarabağ üçün Qarabağdan “vaz keçəcək”. Türkiyədə artıq belə bir fikir formalaşıb ki, Azərbaycan torpaqlarından heç bir güzəşt edilə bilməz. Ankara, sadəcə, müəyyən müddət üçün düşünülmüş taktiki bir gediş edəcək. Çünki Rusiya fürsətcil bir ölkədir və indiki situasiyanın Moskva üçün əlverişli olması Rusiyaya Türkiyə ilə bağlı müəyyən məsələlərdə diktə edən tərəf imkanı yarada bilər. Ankara bu amili əldən verməyəcək. Bundan sonrakı görüşlərə qədər isə Türkiyənin əvvəlki vəziyyətinə qayıdacaq, hətta daha yaxşı olacaq. Üstəlik, Ankara-Moskva yaxınlığı kifayət qədər intensivləşəcək. Türkiyə məhz belə bir əlverişli şəraitdə Qarabağla bağlı hərəkətə keçəcək. Dağlıq Qarabağla bağlı həlledici görüşlər hələ qabaqdadır”.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Su-24 olayından sonra ilk dəfə Rusiyada avqustda bir araya gələcəklər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu günün hava proqnozu

Next Post

ANS-in məhkəməsinin vaxtı açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ANS-in məhkəməsinin vaxtı açıqlandı

Paltaryuyan maşına aspirin həbi atdı, nəticə inanılmazdır! - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.