Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi dəqiqləşdirilir.
Elchi.az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan Putinlə Ukrayna Prezidenti Zelenski arasında Türkiyədə görüşün keçiriləcəyinə ümidini ifadə edib: “Putin və Zelenski arasında belə bir görüş təşkil etmək istəyirik. Zelenski ilə artıq bu məsələdə razılaşmışıq. İnşallah sonu yaxşı olar”, – deyə o bildirib.






