Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Azov briqadasının rəhbərlərinin Ukraynaya ekstradisiyasını müzakirə edəcək. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Biz onların altı komandirinin azad edilməsi ilə bağlı sorğu aldıq. Müsbət cavab vermək qərarına gəldik. Bundan sonra Rusiyada bir sıra bəyanatlar verildi, lakin onlar təfərrüatlarını öyrəndikdən sonra vəziyyət müsbətə doğru dəyişdi”, – deyə Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, avqustda Rusiya rəhbəri Türkiyəyə səfər edəcək və burada tərəflər bu məsələləri təkbətək formatda müzakirə etmək imkanı əldə edəcəklər.
Havar Şəfiyeva






