Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Ofisinin “Twitter” hesabında məlumat verilib.
Telefon danışığı zamanı tərəflər Türkiyə-Almaniya münasibətləri və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, regional məsələləri müzakirə ediblər.






