Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD tərəfindən girov götürülən Mosul konsulluğunun
əməkdaşlarının xilas edilməsində iştirak edən Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşlarını mükafatlandırıb.
Axar.az xəbər verir ki, prezident tərəfindən MİT əməkdaşlarına təqdiredici fəxri fərman verilib.
Ərdoğan MİT əməkdaşlarına fəxri fərmanları şəxsən özü təqdim edib.



