Türkiyə ilə Rusiya arasında dialoq bizi yaxından maraqlandıran bir çox region baxımından da vacibdir.
Elchi.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə-Rusiya dialoqu ancaq Ukrayna kontekstində yox, bizi yaxından maraqlandıran Suriya, Liviya, Cənubi Qafqaz kimi bir çox region baxımından da əhəmiyyətlidir, vacibdir”, – o qeyd edib.






