Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski arasında ikitərəfli danışıqlar cümə günü İstanbulda başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisindən jurnalistlərə bildirilib.
İclasda əsas mövzular digər məsələlərlə yanaşı, NATO-nun Vilnüs sammiti öncəsi iki ölkənin mövqelərinin əlaqələndirilməsi, Ukraynanın təhlükəsizlik zəmanətləri, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər olacaq.
Nuranə Məmmədova





