19:55
Türkiyənin Ali Seçki Qurumu (YSK) seçkilərlə bağlı rəsmi açıqlama yayıb.
Elchi.az xəbər verir ki, qurum sədri Əhməd Yenər indiyədək səslərin ümumilikdə (ölkə daxili və ölkə xarici) 99,85 faizinin sayıldığını açıqlayıb.
O, bütün məlumatların seçkidə iştirak edən tərəflərə təqdim edildiyini vurğulayıb.
O bildirib ki, hazırkı ümumi nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,16%, Kamal Kılıçdaroğlu 47,84% səs toplayıb.
Yenər hazırki nəticələrə görə R.T.Ərdoğanın Türkiyə Prezidenti seçildiyini qeyd edib.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...




