"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ərdoğan Zəngilana gəlir: dünyaya mesajlar veriləcək”

19 Oktyabr 2022 - 18:45
in GÜNDƏM

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir. O, Zəngilan hava limanının açılışında iştirak edəcək. Ərdoğan, həmçinin həmkarı İlham Əliyevlə görüşəcək.
Vətən müharibəsindəki qələbədən sonra bu, Ərdoğanın ölkəmizə növbəti səfəridir. O, daha əvvəl Füzuli hava limanının açılışında da iştirak etmişdi.
Vətən savaşından sonra Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında, “suların durulmasında” qardaş ölkənin mühüm rolu var. Bu, xüsusilə Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası kontekstindən qiymətləndirilməlidir”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Artıq nəinki regional siyasi aktorlar, bütün dünya bilir ki, Türkiyə ilə Azərbaycan regionda birgə addım atır. Bu iki dövlətin qardaşlığı artıq planetə məlumdur. Əlbəttə, qarşılıqlı səfərlərin beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rolu var.
Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusilə hava limanlarının açılışında iştirakı dünyaya verilən vacib mesajdır: Türkiyə regionda sabitliyin qorunmasında əsaslı rol oynayır. Bölgədə xaos yaratmaq istəyən güclər bunu mütləq nəzərə almalı, nəinki Bakı, həm də Ankara ilə hesablaşmalıdır.
Çox güman ki, dövlət başçıları çıxışlarında mühüm mesajlar veriləcək. Həmin ismarıclar xüsusilə Cənubi Qafqazdakı sülh və sabitliklə bağlı olacaq. Liderlərin Ermənistanla münasibətlər barədə danışması, onu təxribatkardan çəkinməyə, dialoqa çağırmaları gözləniləndir. Əlbəttə, həmişə olduğu kimi, digər tərəflər, o cümlədən Rusiya, İran da bu mesajlardan nəticə çıxarmalı olacaqlar.
Məsələ burasındadır ki, Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən, Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur. Sadəcə Baş nazir Nikol Paşinyan reallıqları anlamalı, üçüncü qüvvələrin yox, öz dövlətinin maraqlarından çıxış etməlidir. Həmçinin üçüncü qüvvələr də bilməlidir ki, artıq asanlıqla regionda “at oynada bilməzlər”.
İkinci bir tərəfdən, Azərbaycanla Türkiyə arasında baş tutan qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının inkişafı, türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Artıq Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq qurumlardan birinə çevrilib. İntensivləşən təmaslar, həmçinin səfərlər nəticəsində bu təşkilatın daha da inkişaf edəcəyi, nüfuzunun artacağı şübhəsizdir.
Bundan başqa, Ərdoğanın Qarabağa səfəri region ölkələri üçün nəzərdə tutulmuş altılıq platformasının formalaşmasına da mühüm töhfədir.
Beləliklə, bu günkü səfərlər eyni ilə əvvəlkilər kimi təkcə ikitərəfli və regional əlaqələr müstəvisində deyil, beynəlxalq münasibətlər kontekstində kifayət qədər əhəmiyyətlidir. Gələcəkdə belə səfərlərin daha da intensivləşəcəyini düşünmək olar”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MEDİA, Audiovizual Şura və BDU memorandum imzaladı

Next Post

“Bakı prosesinə” dair qərar barədə məlumat

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
XİN-dən ermənilərin “güllələnmə səhnəsi”nə SƏRT REAKSİYA

“Bakı prosesinə” dair qərar barədə məlumat

“SEPAH təlimlərinin əsas hədəfi Zəngilan aeroportu və Zəngəzur dəhlizidir”

"SEPAH təlimlərinin əsas hədəfi Zəngilan aeroportu və Zəngəzur dəhlizidir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.