Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Merkel ilə görüşünüz necə keçdi?” sualına Rusiya prezidenti Vladimir Putin ingilis dilində cavab verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin “good very good” (“yaxşı, çox yaxşı”) deyərək gülümsəyib.
Qeyd edək ki, dünən Türkiyənin Antalya şəhərində G20 (“Böyük iyirmilik”) Liderlər Zirvəsi başlayıb. Tədbir bu gün başa çatacaq.




