Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İŞİD-ə qarşı əməliyyatları siyasi və hərbi vasitələrlə
dəstəkləyəcəyini bildirib. Musavat.com-un məlumatına görə, bu barədə o, Nyu-Yorkda BMT Baş Məclisində iştirakı çərçivəsində bildirib.
dəstəkləyəcəyini bildirib. Musavat.com-un məlumatına görə, bu barədə o, Nyu-Yorkda BMT Baş Məclisində iştirakı çərçivəsində bildirib.“Biz aparılan əməliyyatları pozitiv qiymətləndiririk. Bu əməliyyatlar fasilə verilmədən davam etdirilməlidir. Bizim İŞİD-ə qarşı əməliyyatlara dəstəyimiz siyasi və hərbi xarakterli ola bilər”, – deyə Türkiyə dövlət başçısı vurğulayıb və əlavə edib ki, bu məsələni ABŞ prezidenti Barak Obama ilə müzakirə eləmək imkanı olacaq.
“Türkiyə İŞİD-lə mübarizədə qazandığı təcrübə əsasında əlindən gələni edəcək. Ancaq regionda istənilən addımı atanda Suriya və İraqın bir vahid olduğu ciddiyə alınmalıdır” – qeyd edib Türkiyə lideri.



