Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Ərdoğan miqrant qayığı qəzasında həyatını itirən pakistanlılar üçün Şərifə başsağlığı verib.
Elchi.az xəbər verir ki, Rabitə İdarəsi prezident Ərdoğanın Pakistan Baş naziri Şəriflə telefon danışığı apardığını açıqlayıb.
Görüş zamanı o, Yunanıstan sahillərində miqrant gəmisi qəzasında həyatını itirən pakistanlılara başsağlığı verib.
Bu kədərli hadisədən dərin təəssüf hissi keçirdiyini bildirən Prezident Ərdoğan Pakistan xalqının ağrısını paylaşdığını dilə gətirib.
Nuranə Məmmədova




