Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Gümüşhan”-dən qayıdarkən onu qorumaq üçün təyinat almış polisləri daşıyan avtobus Sivas yaxınlığında qəzaya uğrayıb.
Elchi.az Türk mətbuatına istinadən bildirir ki, yağışdan sonra əlverişsiz vəziyyətə düşən yolda nəzarətdən çıxaraq aşan avtobusda olan 3 polis şəhid olub. Hadisə nəticəsində yaralanan polislərin sayının 33 nəfər olduğu bildirilir.
“Elchi” xəbər verir ki, qəza Bakı vaxtı ilə 03.30 radələrində Sivas-Erzincan yolu üzərində İmranlı əyalətinin mərkəzindən 25 kilometr aralıda “Kızıldağ”da baş verib.



