Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da baş tutacaq.
Elchi.az bu barədə Milliyet.com.tr-yə istinadən xəbər verir.
Ərdoğanın yenidən prezident seçilməsindən sonra dövlətin və hökumətin ən yüksək vəzifəli şəxslərinin eyni vaxtda işə gedəcəyi də xatırladılıb.
Ərdoğanın prezident andiçmə mərasimi üçün iki fərqli proqram layihəsi hazırlanıb. Buna uyğun olaraq, Ərdoğan ya parlament üzvləri and içdikdən sonra cümə günü, iyunun 2-də, ya da çərşənbə axşamı, iyunun 6-da Türkiyə parlamentində and içəcək və hökumətin yeni tərkibini açıqlayacaq.
Yeganə




