
Yaponiyada Rəcəb Tayyib Ərdoğana “Fəxri doktor” mükafatı verilən zaman gərgin anlar yaşanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər varir ki, prezidentə Yaponiyanın Vaseda Universiteti tərəfindən fəxri doktor adı verilib. Tədbir başlamağa az vaxt qalmış orkestrda yer alan tələbələrdən birinin vəziyyəti pisləşib. İlk tibbi müdaxilələrdən sonra tələbə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Daha sonra fəxri ad alan Ərdoğan çıxışının sonunda tələbəyə şəfa diləyərək həyati təhlükəsinin olmadığını bildirib.
Günel Hacı



