Vətən Partiyasından Türkiyə prezidentliyinə namizəd olan Doğu Perinçek qalib gələcəyi halda ölkəni NATO-dan çıxaracağını açıqlayıb.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, son sorğuları əsas dəlil kimi təqdim edən Perinçek Türkiyədə əhalinin 80%-nin ABŞ-ı təhdid, Çinlə Rusiyanı isə dost olaraq gördüyünü bildirib:
“Bizim idarəçiliyimiz dönəmində Türkiyə mütləq NATO-dan çıxacaq. Ona görə ki, NATO Türkiyə üçün yeni təhdid kəsb edir”.
O həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarını tanımadığını da deyib:
“Rusiyaya qarşı sanksiyalar Türkiyəyə qarşı sanksiya deməkdir. Biz Rusiya ilə iqtisadi əlaqələri gücləndirəcəyik”.
Perinçek həmçinin Krımı da Rusiya Federasiyasının tərkib hissəsi kimi tanıdığını söyləyib.
Qeyd edək ki, Perinçek anti-Qərb baxışları ilə seçilir.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




