Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyə liderinin vəziyyəti ilə bağlı danışıb. Elchi.az xəbər verir ki, o, bu barədə öz Tvitter hesabında müvafiq paylaşım edib.
O, Ərdoğanın səhhətinin yaxşı olduğuna əmin edib. Kalın yazıb: “Prezidentimiz Allaha şükür, səhhəti yaxşıdır”.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibə verərkən canlı yayımda özünü pis hiss etdiyi bildirilirdi. Jurnalist nazirlər kabinetində gələcək dəyişikliklərlə bağlı sual verməyə başlayandan sonra veriliş kəsilib. Ərdoğanın özü baş verənləri onunla izah edib ki, onun çoxlu təbliğat işləri olub və qripə tutulub.
Havar Şəfiyeva






