Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikalı həmkarı Barak Obama ilə Birləşmiş Ştatların PKK ilə bağlı mövqeyini müzakirə edəcək.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ərdoğan məlumat verib.
O, bu gün ABŞ Prezidenti ilə telefon danışığı aparacağını bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti bundan öncəki çıxışlarında bildirmişdi ki, ABŞ ya Türkiyə, ya da Suriyadakı “Demokratik birlik” (PYD) adlı kürd partiyası arasında seçim etməlidir.




