
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Ukrayna və Suriyada baş verən böhranlar arasında bağlantı var. Bu barədə RİA-Novosti xəbər yayıb.
Onun sözlərinə görə, bu iki dövlət Rusiya üçün əhəmiyyət kəsb edir. Hər iki halda əsas məqsəd Rusiyanı zəiflədərək əlaltı dövlətlər yaratmaqdır.
“Qərb Suriyada müdaxilə edərək, Ukraynada apardığı ssenarini da həyata keçirir. Birincisi ona görə ki, hər iki ölkə Rusiya üçün əhəmiyyət kəsb edir. Hər iki halda məqsəd Rusiyanı zəiflədərək əlaltı dövlətlər yaratmaqdır. Qərb Rusiyanı zəiflətmək üçün Suriya və Ukraynada böhranlar yaradır”, – deyə o, bildirib.
Onun sözlərinə görə, xaricdən Suriyanın hakimiyyətini dəyişmək cəhdləri artıq on illərdir davam edir.
“Məlumdur ki, hər bir dövlət xalq və ölkənin maraqlarını qorumağa borcludur”, – deyə Suriya prezidenti əlavə edib (“Deyerler.org”).



