
Suriya müxalifəti Dəməşq rejiminə ağır zərbə vurub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət gücləri Əsəd rejiminin nəzarətindəki Busra əş – Şam Qalası və ətraf əraziləri ələ keçirib.
Məlumata görə, müxalifət gücləri Dera vilayətində hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Yerli mənbələr bölgənin müxalifətin əlinə keçməsi nəticəsində Əsədin Suriya-İordaniya sərhədində nəzarəti tamamilə itirdiyini bildiriblər.



