
Xmeynim aviabazasındakı S-400 zenit raket komplekslərinin Suriyaya verilməsi ilə bağlı Moskva və Dəməşq arasında danışıqlar aparılmır.
Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında Suriya Prezidenti Bəşər Əsəd söyləyib. Onun sözlərinə görə, bu komplekslər Suriyaya yalnız tərəflər arasında birbaşa satış müqaviləsi imzalanan zaman verilə bilər.
O, suriyalıların Rusiyanın ölkədən çıxmasını istəmədiyini də bildirib.



