"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əsas təhlükə budur! – Zahid Orucdan sensasiyalı şərh

27 Oktyabr 2016 - 10:59
in XƏBƏR LENTİ

Zahid Oruc iki nüvə dövlətinin savaş təhlükəsindən danışdı: “On min km-lərlə məsafədə savaş aparmaq, yaxud nüvə silahını işə salmaq qeyri-realdır”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Vaşinqton və Moskvanın arasında yaşanan “soyuq müharibə”nin simptomları günbəgün qabarıq şəkildə üzə çıxır. Ötən əsrin 90-cı illərində Rusiyanı dirçəltmək üçün hərəkətə keçən ABŞ bun gün onu parçalamaq niyyətini gizlətməyə də lüzum görmür. Ancaq bu da var ki, Putin Rusiyası artıq Yeltsinin dövründəki kimi çəkingən və ehtiyatlı tövr nümayiş etdirmir, əksinə, onunla sanksiya dili ilə danışan Vaşinqtonu cavab zərbələri ilə hədələyir, üstəlik nüvə düyməsini xatırladır.

 

Bu situasiyada bizi hər iki ölkənin maraqlarının toqquşduğu Azərbaycanın taleyi narahat edir. Azərbaycan tərəflərin münaqişəsində özünü necə aparmalıdır, sualına cavab istənilməsi tam məntiqlidir. Bəzən deyirlər Rusiya yaxındır, Amerika uzaq, ona görə Rusiya ilə münasibətlərdə daha çox ehtiyatlı olmalıyıq. Bu mənada son zamanlar Rusiya ilə xüsusi yaxınlaşma da nəzərə çarpır. Amma hesab olunur ki, digər tərəflə – ABŞ-la da əlaqələri unutmaq olmaz. Bu mənada Bakının Rusiya ilə yaxınlaşmasını kompensasiya etməsi Vaşinqtonla münasibətlərində korrektələr etməsi zərurətindən də danışılır.

 

 

Kuba Amerika qitəsində kommunizm adasına çevrilmişdi və bütün iqtisadi-siyasi əlaqələrdən məhrum edilmişdi. Kastro inqilabın lideri kimi qurduğu dövlətlə demokratik sistemləri təhdid edirdi. Ona qarşı hər cür təxribatlar, sui-qəsdlər və diversiyalar işə salınmışdı. Hər halda 50 il Kuba xalqı Amerika cinsi, siqarı, yaxud silahı olmadan yaşaya bildi və nə rejim formasını dəyişdi, nə də müttəfiqlərini satıb Azadlıq heykəlinin önündə baş əymədi.

 

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc ABŞ-ın Rusiyaya qarşı sanksiya qərarını Yeni Müsavat-a şərh edərkən deyib.

 

Deputat qeyd edib ki, islam inqilabına görə İran yalnız 2016-cı ildə sanksiyaların bir qismindən azad olundu və dünya ilə bərabərhüquqlu əməkdaşlığa nail oldu:

 

“Məgər nəticədə, Qərb 1979-cu ildə Amerika səfirliyinin zəbt, diplomatik personalın linç edilməsinin haqqını hazırki dini lider Xameneidən tələb etdimi? Əksinə, Cavad Zərifin “6-lıq ölkələri”nin nazirləri ilə görüşündən sonra İranın keçmiş sərvətlərə və varidata varislik hüququnun təsdiq olunduğunu bəyan etməsi fars imperiyasının açıq-aşkar diplomatik qələbəsi sayıla bilərdi. İndi bütün Avropa “Şərqin parlayan yeni ulduzu”na doğru yürüş təşkil edib. Hər halda İranda Ali Dini Şura, İnqilab Keşikçiləri və ETTELAT hakimiyyətdə qalmaqda davam edir və ideologiylarından bir addım da geri çəkilməyiblər”.

 

Z.Oruc vurğulayıb ki, doğrudur, sanksiyalar Rusiyaya ziyan vurub və təxmini hesablamalara görə xaricə axan kapitalla birlikdə itkilər 300 milyard dollardan artıqdır: “Lakin ənənəvi xilas istinkti dünyanın qədim xalqlarından biri olan ruslarda farslardan və azadlıq adası yetirmələrindən daha sürətli və tutumlu şəkildə özünü nümayiş etdirir. Faktlara varmaq istəmirəm. Lakin Breksit qərarı verən Britaniyanın milli valyutasının dollar qarşısında dəyər itirməsi də bir başqa izolyasinizm sayıla bilər, amma monarxiyanın gücünü sarsıtmaq üçün yetərli olmaz.

 

Odur ki, sanksiyaların siyahısına Krım əməliyyatına qatılan generalları, media təmsilçilərini və Putinin dostlarını salmaqla Qərb Rusiyanı Yaxın Şərqdən, Ukraynadan və Asiya qitəsindən qovub çıxara bilməyəcək. Gəlin, “İsgəndər” raketlərinin dünyanın hansı hədəflərinə tuşlanmasını təyin etməzdən qabaq Suriyadakı mənzərəyə daha geniş bucaqdan baxaq. Yəqin siz də razılaşarsınız ki, hazırda qanlı döyüşlərin getdiyi Hələbdə, yaxud İŞİD-in paytaxtına çevrilmiş Rakkada təkcə Bəşər Əsədin deyil, həm də qlobal maraqları olan dövlətlərin taleyi həll olunur. Belə düşünməyə əsasımız varmı? Gəlin birlikdə baxaq, əslində, Yaxın Şərqin beynəlxalq münasibətlər üçün önəmli olduğunu aydınlaşdırmağa ehtiyac yoxdur.

 

Lakin Rusiya 1 il əvvələ qədər hərbi qüvvələrini çox məhdud şəkildə Tartus ətrafında yığmışdı və kəşfiyyat yardımından savayı Əsədə hərbi cəhətdən kömək göstərmirdi. Əvəzində Fransa Aralıq dənizi ətrafında hərbi koalisiya yaradaraq ən ağır silahlarını Əsədə qarşı tuşlamışdı və Olland təzədən köhnə müstəmləkə torpaqlarına qayıdacaqlarına əmin idi. Lakin hadisələr Parisin gözlədiyi cərəyan etmədi. Obama gözlənilən xeyir-duanı vermədi, əksinə amerikanlar ruslarla sövdələşməyə gedib Avropanı kənarda qoymağa çalışdı. Ona görə də bir qitə Kerri-Lavrov görüşünün nəticələrindən asılı vəziyyətə düşdü”.

 

Z.Oruc onu da bildirib ki, Ukrayna hadisələri də Yaxış Şərq teatrının davamına çevrilib: “Qərb Kiyevi tutanda Rusiya da Krımla əks həmləyə keçdi. Hər halda ona qədər slavyan birliyi heç də formal mahiyyət daşımırdı. İndi Qərbin bütün media və siyasi arsenalı Rusiyanı dünyaya təhlükə kimi təqdim edir. Niyə? Çünki Hələbdə ölən dinc insanlar birdən avropalıların nazik qəlbini titrətməyə başlayıb, yaxud Kalininqrada daşınan 30 minlik rus qoşunu, İskəndər-M raketləri Şərqi Avropanı və Baltikyanı ölkələri tutmaq planına hazırlığa bənzəyib, üstəlik, şimal dənizini keçərək, ingilis kanalının sularına baş vuran və oradan Aralıq dənizinə yol alan “Admiral Kuznetsov” gəmisi Əsəd üçün apardıqları Su-30, MiQ-29 qırıcıları ilə Avropanı nüvə təhlükəsinə məruz qoyub”.

 

Zahid Oruc Azərbaycanın indiki durumda hansısa addımlar atmasına zərurətin olduğunu düşünmür: “Siz hər gün soyuq müharibənin səbəbi kimi təqdim olunan və kütləvi şüura yeridilən, Putinin qlobal iddialarına sübut olaraq ortaya qoyulan faktlara Azərbaycana təhlükə amili kimi yanaşırsınızmı? Mən qətiyyən belə hesab etmirəm. Əslində Qərbin qorxusu tamam başqadır. Hər halda İraq, Liviya və Suriyaya rus qoşunları hamıdan sonra girib. Üstəlik, Əsədin qələbəsi və öz ölkəsinin ərazi bütövlüyünü təmin etməsi nəinki terror üzərində qələbəyə çevrilir, eləcə də Qərbin başlatdığı böyük müharibəni onların əleyhinə döndərir.

 

Rusiya Yaxın Şərq savaşından qalib çıxacağı təqdirdə Afrika qitəsinin müsəlman aləmi ilə və böyük resurslarla Sovet imperiyası kimi qovuşa bilir, üstəlik, Qərb koalisiyası parçalanmaya məruz qalır. Avropada indi sanksiyaların ikinci dalğasına müqavimət göstərən qüvvələr Moskvanın blokuna doğru üzlərini çevirəcəklər. Türkiyə, İran və Çin, o cümlədən, BRİKS ölkələri Rusiya ilə hərbi ittifaqda yeni beynəlxalq münasibətlər sistemi qurmaq qərarı verəcəklər ki, bu da Vaşinqtonun qlobal hökmranlığına son qoyacaq. Bax, əsas təhlükə bundadır. Halbuki, dünya üçün ABŞ-Rusiya müharibəsi hətta praktiki baxımdan mümkün deyil. On min kilometrlərlə məsafədə savaş aparmaq, yaxud nüvə silahını işə salmaq qeyri-realdır. Doğrudur, çoxları müxtəlif xalqlar vasitəsilə vuruşan iki nəhəng dövlətin nəhayət, üz-üzə gələrək toqquşmasını çox istəyərdilər.

 

Hər halda dünyadakı təhlükəsiziliyin ondan sonra hansı xətt üzrə inkişaf edəcəyini heç kəs hesablaya bilmir. Ona görə də NATO generalları indi deyir ki, nahaq ərəb dili və puştunlara başları qarışıb, rus dilini bir kənara qoyublar. Putini hakimiyyətdən salmaq üçün xanım Klintonun prezidentliyi dövründə Amerika daha çox səylərə əl atacaq. Hər halda intervensiya tərəfdarları və müharibə partiyası onun tərəfindədir. Faktiki olaraq Trampı “Rusiyanın marionetkası” adlandıranlar, əməkdaşlıq və dialoq istəyənləri qat-qat üstələyiblər”.

 

Ona görə də Z.Oruc hesab edir ki, Azərbaycan seçim qarşısında deyil: “Lakin qlobal savaşın əleyhinə addımlar atmaq üçün ölkəmizin siyasi gücü çərçivəsində mühüm addımlar atmaqda davam edir. Biz Rusiya və Amerika arasında hərbi səngər axtarışında deyilik. Halbuki, bizi müharibənin tərəfinə çevirmək istəyənlər var. Ukrayna ilə yanaşı, bütün GUAM ölkələrini Moskva ilə toqquşdursaydılar, Suriyadakı hərbi durum başqa cür olardı. Ona görə də dünyanın problemi Rusiyanın qlobal iddiaları deyil, soyuq müharibəni qazanmış dövlətlərin yeni milli-etnik xəritəyə dövlət statusları vermək, siyasi rejimləri hərbi yolla taxtdan salmaq və terror bayrağı ilə qanlı savaşlar aparmaq planıdır. Hər halda müsəlmanlar digər din daşıyıcıları ilə müqayisədə son on ilin qlobal savaşının əsas qurbanlarıdılar. Bu faktı heç kəs unutmasın”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xəstəxanaların pullu olması məsələsinə aydınlıq gətirildi

Next Post

Ankara-Bakı-Moskva formatı yaradılır – Səfir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ankara-Bakı-Moskva formatı yaradılır - Səfir

Poroşenko Azərbaycanın Ukraynadakı səfirinin etimadnaməsini qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.