Rusiya hərbi qulluqçuların sağlamlıq vəziyyətini araşdırır
“Gümrü faciəsi Rusiyanın xarici ölkələrdəki hərbi bazasına xidmət üçün namizədlərin seçilməsi qaydalarını dəyişdirəcək.”
O bildirib ki, xarici ölkələrdəki hərbi birləşmələrdə və hissələrdə xidmət etmək üçün üstünlük ali və xüsusi təhsil haqqında diplomu olanlara veriləcək və onlar müqavilə ilə hərbi qulluğa qəbul ediləcəklər.
Onun sözlərinə görə, xaricdə yerləşdirilmiş hərbi hissələrdə xidmətə namizədlərin daha dəqiq seçilməsi məsələsi Gümrüdə baş verən faciədən sonra gündəmə gəldi. İndi hərbi qulluqçuların sağlamlıq vəziyyəti ciddi yoxlanılır, ən böyük diqqət peşəkar psixoloji testlərinin nəticələrinə yetirilir.
Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində yeddi nəfərlik ailəni qəddarlıqla öldürüb. Cinayətin törədən Rusiya hərbi qulluqçusu Valeri Permyakov yanvarın 13-ə keçən gecə Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb. Hazırda ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırılıb, istintaq gedir.



