Vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, hüquq müdafiəçiləri hazırda 10 saylı Cəzaçəkmə
Müəssisəsində saxlanılan Əvəz Zeynallı ilə oktyabrın 28-də görüşmək üçün Ədliyyə Nazirliyi Pentensiar İdarəsinə rəsmi məktubla müraciət etmək niyyətindədirlər.
Müəssisəsində saxlanılan Əvəz Zeynallı ilə oktyabrın 28-də görüşmək üçün Ədliyyə Nazirliyi Pentensiar İdarəsinə rəsmi məktubla müraciət etmək niyyətindədirlər.Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin əsaslandırılmamış və sübut olunmamış iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Media Hüququ İnstitutu (MHİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı yaydığı bəyanatda deyilir:
“Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardandır. Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır. MHİ Əvəz Zeynallının susdurulmasının hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisi olduğunu vurğulayır.
MHİ yada salır ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabrından həbsdədir. Həbs olunmazdan öncə Əvəz Zeynallının rəhbəri olduğu tənqidi məzmunlu “Xural” qəzeti tamamilə sıradan çıxarılıb. Öncə Azərbaycan Mətbuat Şurasının müraciətindən sonra ölkədəki nəşriyyatlar “Xural” qəzetinin nəşrindən imtina ediblər. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Vüqar Səfərlinin iddiaları əsasında “Xural” qəzetinə qarşı çıxarılan qərarların icraya yönəldilməsi nəticəsində qəzetin bütün əmlakı müsadirə edilib. Bunun ardınca Əvəz Zeynallı hazırda dələduzluq və ağır cinayəti gizlətmə cinayətlərində təqsirləndirilən keçmiş millət vəkili Gülər Əhmədovanın Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayəti əsasında həbs olunub. G.Əhmədova jurnalisti rüşvət tələb etməkdə ittiham edib. Sonradan jurnalistə qarşı ittihamların sayı artıb. Əvəz Zeynallı rüşvət alma (Cinayət Məcəlləsi, maddə 311), məhkəmə qərarını etməmə (Cinayət Məcəlləsi, maddə 306), vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213) cinayətlərində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi martın 12-də bu ittihamları təsdiqləyərək Ə.Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.
Media Hüququ İnstitutu Əvəz Zeynallıya qarşı ittihamların əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır.
Musavat.com



