"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

​Serj Sarqsyanın yeni komandası, daşnaklar hakimiyyətə gəlir – ŞƏRH

05 Fevral 2016 - 15:32
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu Rusiyanın cənub ərazisi sayılan Ermənistanda islahat da saymaq olar

 Son bir ildə Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşmasına, konstitusiya dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyaları və verilən bəyanatlar Serj Sarqsyan hakimiyyətinin siyasi manevrləri ilə müşayiət edilir. Bu tədbirlərdə Kremlin izləri də görünür.

Son günlər Ermənistanda hakim Respublikaçılar Partiyası ilə müxalifət sayılan Daşnaksütyun İnqilabi Federasiyası arasında danışıqların intensivləşməsi bir sıra məsələlərlə bağlı ehtimalların ortaya çıxmasına səbəb olub.

Ermənistan KİV-i iki partiyanın yeni koalisiya yaradacağını yazır və bu iddia əsassız deyil.

Erməni mətbuatının yazdığına görə, ölkə rəhbəri Serj Sarqsyanla baş nazir Ovik Abramyanın münasibətləri qəflətən kəskinləşib.

Bunu Sarqsyanın müxtəlif təyinatları ilə əlaqələndirirlər. Məlumata əsasən, prezident S.Sarqsyan daşnakların üzvü Artsvik Minasyanı ədliyyə naziri vəzifəsinə təyin etmək də israr edir. İndiki nazir Arpine Ovannisyan isə Ovik Abramyanın adamı sayılır. Xəbərdə bildirilib ki, daşnakların üzvünün hökumətdə olmaması üçün O.Abramyan əlin

dən gələni edir.

Elm və təhsil naziri Armen Aşotyanın da vəzifəsindən uzaqlaşdırılacağı, onun da yerinə daşnak gətiriləcəyi bildirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Şirak vilayətinin keçmiş başçısı Feliks Çolakyanın gətiriləcəyi ehtimal edilir. Bu xəbər isə S.Sarqsyanın Daşnaksütyun İnqilabi Federasiyası Bürosunun təmsilçisi Qrant Markaryanla görüşündən sonra yayılıb.

İşğalçı ölkənin təhlükəsizlik sistemində də islahatların aparılacağı gözlənilir. Fevralın 11-də indiki direktor Qorik Akopyanın səlahiyyət müddəti başa çatır. Keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin kadrı olan Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə polisin birləşdiriləcəyini deyib.

Bütün bu məlumatlardan sonra daşnakların “küçəsində toy bayramdır”. Bir müddət öncə bu siyasi qrupun təmsilçisi Rüstəmyan hakimiyyətin cəmiyyətdə nüfuzdan düşdüyünü və daha çox tənqid edildiyini bildirmişdi. Hakim partiyanın etirazlarından sonra o, söylədiklərini ört-basdır etməyə və təmsil etdiyi siyasi qrupun da oxşar vəziyyətə düşdüyünü deməklə tarazlıq yaratmağa çalışıb.Bununla da daşnaklar S.Sarqsyan hakimiyyətini tənqid etməkdən əl çəkiblər.

Ötən gün Daşnaksütyun İnqilabi Federasiyası geniş tərkibdə iclas keçirib. Həmin toplantıda hakimiyyətlə əməkdaşlığın formaları, habelə mümkün koalisiya hökumətindən danışılıb.

Respublikaçılarla daşnakların münasibətindəki istiləşmə müxalif sayılan, parlament fraksiyası “Çiçəklənən Ermənistan”da da silkələnmə yaradıb.

Bu siyasi qruplaşmanın toplantısında koalisiyaya dair məsələ müzakirə edilib. Fraksiya üzvlərinin çoxu koalisiya hökumətinə daxil olmağın vacibliyini bildiriblər. Ancaq fraksiyanın lideri Naira Zoqrabyan bu ideyaya qarşı çıxıb. Bu baxımdan koalisiya hökumətinin “Çiçəklənən Ermənistan”a da zərbə vuracağı gözlənilir. Başqa sözlə, bu təşkilatın siyasi səhnədə əvvəlki mövqe və gücdə qalacağı ehtimalı azdır.

Keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresi isə siyasi səhnədə elə də fəal görünmür.

“Yeni Ermənistan” Milli Qurtuluş Cəbhəsinin rəhbərliyi ötən il keçirdiyi etiraz aksiyasında S.Sarqsyanın hakimiyyətdən getməsinə nail olmayanadək küçələrdən dağılmayacaqlarını bildirsələr də, son nəticədə geri çəkilməyə məcbur oldular.

Ölkənin siyasi səhnəsində vəziyyət təxminən belədir. Hakimiyyətin daşnaklar və “Çiçəklənən Ermənistan”la koalisiya yaratmaq niyyətinin olduğu aydın sezilir.

Müxalifət isə ardıcıl olaraq etiraz aksiyası keçirsə də, hədəflərinə çata bilmədiyindən nüfuzunu itirir.

S.Sarqsyan yeni komanda qurmaq niyyətindədir. Bunun başlıca iki səbəbi var: birincisi, ölkənin konstitusiyası dəyişdirilib. Ölkə parlament idarəetmə sisteminə keçir. İkincisu isə 2017-ci ildə keçiriləcək parlament seçkiləridir.

Qeyd edək ki, ötən il dekabrın 6-da konstitusiyaya əlavə və dəyişikliklər bağlı referendum keçirilib. Yeni konstitusiyada ölkədə tətbiq edilən hazırkı yarımprezidentlik idarəetmə sistemindən parlament idarəetmə sisteminə keçirilməsi nəzərdə tutulub. Prezident hazırda olduğu kimi 5 il deyil, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

Prezident seçkisinin keçirilməsi üsulu da dəyişib. Ölkə prezidentini əvvəlki kimi birbaşa seçki vasitəsilə deyil, parlament üzvləri seçəcək. Deputatların 75 faizi namizədin seçilməsinin lehinə səs verməlidir.Səsvermənin birinci turunda qalib müəyyən edilməzsə, ikinci tur keçirilir və qələbə üçün lehinə verilən səslərin 60 faizi kifayətdir.

İkinci turda da nəticə əldə edilməzsə, prezidenti millət vəkillərinin ümumi sayının yarısından çoxu müəyyən edir.

Yeni konstitusiya üzrə ölkənin ali icraçı orqanı – baş nazirin rəhbərlik etdiyi hökumət elan edilir.

Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir.

Prezident tərəfindən parlament seçkilərində qalib gələn partiya və ya partiyalar blokunun üzvü baş nazir təyin olunur.

Bunu həm də Rusiyanın cənub ərazisi sayılan Ermənistanda islahat da saymaq olar.

Baş verənlər deməyə əsas verir ki, Serj Sarqsyan hakimiyyətdə qalmaq üçün yeni komanda formalaşdırır. Başqa sözlə, o, baş nazir olmaq niyyətindədir. Bu istəyini gerçəkləşdirmək üçün daşnakları özünə ən münasib siyasi müttəfiq görür. Daşnaklarla müttəfiqlik diaspor və ya lobbinin sifarişi də ola bilər. Çünki Ermənistanın mövcudluğu Rusiy

a, lobbi və diaspordan asılıdır. Sonradan yaradılan qərbyönlüləri Kreml qəbul, yaxud onlara etibar etmir. Diaspor da onlarla iş birliyinin mümkünsüzlüyünü ötən etiraz aksiyalarına münasibəti ilə təsdiqlədi. Odur ki, tarixi ənənə və dünyada baş verənlər baxımından daşnaklar həm Rusiyaya, həm də diaspora sərf edən variant sayıla bilər.

Beləliklə, Serjik indidən hakimiyyətdə qalmasını zəmanət altına almağa başlayıb. O, ya yeni keyfiyyətdə 7 il də prezident olacaq, ya da daha 5 il baş nazir kimi ölkəni idarə edəcək.

Bu məsələdə daşnaklar, yaxud koalisiyaya qoşulacaq siyasi qüvvələr arasında prezident kürsüsü və baş nazirlik vəzifəsi ilə bağlı alver də ola bilər. Məsələnin əsas məqamlarından biri isə Ermənistanda idarəetmə sistemində aparılacaq islahatla bağlı Moskva və Qərbin razılığıdır. Odur ki, Ermənistanla bağlı yeni oyun başlayıb…

share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə ərəblərlə Rusiyaya qarşı birləşir

Next Post

Vergilər Nazirliyində yeni təyinat olub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vergilər Nazirliyində yeni təyinat olub

FHN Yasamaldakı intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.