Rusiyaın Mərkəzi Bankı dekabrın əvvəlindən rublun məzənəsini saxlamaq üçün 4,5 milyard dollar valyuta müdaxiləsi edib.
Elchi.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə, 2014-cü il başlayandan isə bu məqsədlə adı çəkilən maliyyə qurumu 70 milyard dollar xərcləyib.
Dünya Bankının dəyərləndirməsinə əsasən, neft bahalaşmazsa, o zaman 2015-ci ildə Rusiyanın iqtisadiyyatı azından 0,7 faiz enmə müşahidə ediləcək



