"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

13 Fevral 2018 - 14:58
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“İsgəndər”, “əsgər”, “əsginas”, “işgəncə” sözlərinin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.

O xatırladıb ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində müəyyən dəyişikliklər öz əksini tapıb: “Layihənin 22-ci maddəsində yazılır: “Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir”. Göründüyü kimi bu sözlərin yazılışında mənbə dil əsas götürülüb. Birincisi, “əsgər”, “əsginas”, “İsgəndər”, “işgəncə” sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənilir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinlik yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi yoxdur. Bununla yanaşı indiyə kimi bu sözlərin yazılışında fonetik prinsip əsas götürülüb və dildə bu şəkildə sabitləşib. Yenidən mənbə dildə bu söz belə yazılır prinsipi özünü doğrultmur və dildə yeni mübahisələrin yaranmasına səbəb olur. Onda mənbə dilə istinad etməklə yüzlərlə sözə yeni qayda hazırlanmalıdır”.

S.Sadıqova qeyd edib ki, vaxtilə alınma sözlər mənbə dildən fərqli olaraq “adəm-adam”, “övrət-arvad”, “cəmal-camal”, “kəmal-kamal”, “maşina-maşın”, “vyodra-vedrə” şəklində dilimizin qaydalarına uyğunlaşdırılıb: “Bu sözlərin yazılışı ilə bağlı indiyə kimi fikir ayrılığı olmayıb və sabit bir qaydada yazılması qəbul olunub. Çünki sözün tələffüz qaydalarına uyğun olaraq, fonetik prinsipdən çıxış etsək bu sözlər – “əsgər”, “əsginas”, “İsgəndər”, “işgəncə” formasında yazılmalıdır. Bir də onu nəzərə almaq lazımdır ki, elə qaydalar var ki, dildə artıq sabitləşib və bu sözlərin yazılışı da norma kimi qəbul olunub. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib. Əlbəttə, bu layihədir, müzakirə olunur və təkliflərdə qəbul olunmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı direktora vəzifə verdi

Next Post

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları

Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.