"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

104 il öncə Turana açılan QAPI

15 Sentyabr 2022 - 21:00
in GÜNDƏM

“Bakının azad olunmasından 104 il ötür.
Bakı öz neftinə və strateji movqeyinə görə hər zaman imperialist dövlətlərin diqqət mərkəzində olub, dəfələrlə hücuma məruz qalıb. Vəziyyət o yerə çatıb ki, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edərkən belə Bakıya girə bilməyib, çünki təcavüzkar Rusiya neft və milyonlar şəhəri Bakını Azərbaycanın ürəyindən qoparmaq istəyirdi.
Fəqət nə xoşdur ki, Azərbaycan Nuru Paşanın ordusunun yardımı ilə sentyabrın 15-də Bakını təcavüzkarlardan təmizləməyi bacarıb. 104 il öncə bu gün Qafqazda iki qardaş ölkə öz güclərini birləşdirərək, Turanın qurulması üçün bir addım daha atmışdı. Buna görə də 15 sentyabr dövlətimizin tarixinə şərəfli səhifə kimi həkk edilib”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli FB hesabında qeyd edib:

“Qeyd etməliyik ki, bu tarixi hadisə nəticəsində Azərbaycan mərkəzini Gəncədən Bakıya köçürüb. Dövlət müstəqilliyimizin elan edilməsinə baxmayaraq, paytaxtın Bakıdan uzaq düşməsi dövlətçiliyimizə və müstəqilliyimizə qarşı ciddi təhdid idi. Azadlığına təzəcə qovuşmuş və dünya ölkələri tərəfindən tanınmayan gənc dövlətimizin öz ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Üstəlik, Şimal qonşumuz və hər fürsətdə işğalçılıq məramından vaz keçməyən Rusiya da ən böyük təhdidedici güc idi. Belə bir mürəkkəb tarixi şəraitdə ağır dönəm yaşayan Osmanlı dövləti qardaşlıq borcu olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu ölkəmizə göndərdi. Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi ilə təcavüzkar bolşevik-erməni birliyinin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.
Bir məsələni özəlliklə vurğulamaq lazımdır ki, dünya gücləri Turan ideologiyasının gerçəkləşməsini istəmədikləri üçün Qafqaz İslam Ordusunun da Qafqaza gəlməsinə qarşı idilər. Lakin bütün etirazlara baxmayaraq , Osmanlı dövləti öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan Korpusu ilə bir yerdə Bakını işğalçılardan azad etdi.
Yalnız bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Böyük qəhrəmanlıqlar göstərən Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi.
Bakının işğalçılardan təmizlənməsi eyni millətin iki ayrı dövləti arasındakı qardaşlıq körpüsünü bir az daha möhkəmlətdi, daimiləşdirdi. 15 sentyabr hər iki dövlətin tarixində böyük əhəmiyyət daşıyan bir hadisədir. 100 ildən çox zaman keçməsinə baxmayaraq ölkəmizin bərpa etdiyi müstəqilliyi və ərazi bütövlüyü Rusiya tərəfindən erməni maşalarının əli ilə təhdid olunur. Bu gündə 100 il öncə olduğu kimi qardaş Türkiyə xalqlnın dəstəyini hiss edirik. Ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canını fəda edən Şəhidlərimizin qarşısında baş əyirik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin lideri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik!

Next Post

Tovuz döyüşlərinin ssenarisi təkrarlanır: KTMT “kartı…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Tovuz döyüşlərinin ssenarisi təkrarlanır: KTMT “kartı…”

Tovuz döyüşlərinin ssenarisi təkrarlanır: KTMT “kartı..."

“Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!”-Deputat

"Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!"-Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.