
Rusiya Müdafiə Nazirliyi hərbçiləri sevindirəcək qərarla çıxış edib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, nazirlik bu ilin sonuna qədər 30 mindən artıq hərbçinin mənzillə təmin olunacağı barədə məlumat yayıb.
Məlumata görə, bu məqsədlə cari ildə Xakasiyanın paytaxtı Abadanda 51 mənzilli bina istifadəyə veriləcək. Daha sonra isə 4 binanın təməli qoyulacaq.
Bildirilir ki, ümumilkdə 200-dən artıq mənzilin təhvil verilməsi gözlənilir.



