ABŞ-ın Florida ştatında 11 yaşlı uşaq çips üstündə dava zamanı iki dostunu güllələyib.
İddiaya görə, Amerika futbol komandasında oynayan üç dost arasında fiş üstündə dava düşüb.
Elchi.az xəbər verir ki, məşqdən sonra baş verən hadisə təhlükəsizlik kameralarına da əks olunub.
Görüntülərdə üç uşağın mübahisə etdiyi, daha sonra onlardan birinin anasının maşınına tərəf qaçaraq içəridən silah götürdüyü görünür.
Dostuna atəş açan uşağın tapançasından çıxan güllələr hər iki uşağa dəyib.
Xəstəxanaya çatdırılan iki uşağın vəziyyətinin stabil olduğu bildirilib.
11 yaşlı təcavüzkar həbs edilib və ikinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunur.
İstifadə edilən tapançanın uşağın anasına aid olduğu öyrənilərkən, silahı uşağın çata biləcəyi təhlükəli bir yerə qoyduğu üçün ananın da günahkar ola biləcəyi ifadə edilir.
Şayəstə Hüseynova





